Skip to main content

XİDMƏTLƏRİMİZ

Biz müştərilərimizə yüksək keyfiyyətli və etibarlı xidmətlər təqdim edirik. Əsas fəaliyyət sahələrimiz inşaat, iskələ quraşdırma və mexaniki, elektrik və santexnika (MEP) işləridir. Layihələrinizi peşəkar və vaxtında həyata keçirmək üçün buradayıq!

TƏMİR, TİKİNTİ VƏ BƏRPA İŞLƏRİ

ESBO İnşaat olaraq, genişmiqyaslı tikinti layihələrinin planlaşdırılması, icrası və təhvilində yüksək peşəkarlıqla fəaliyyət göstəririk. Fəaliyyət sahəmiz həm yaşayış, həm də qeyri-yaşayış obyektlərini əhatə edir:

 

  • Yaşayış və qeyri-yaşayış binalarının tikintisi
  • Ofis, ticarət mərkəzi, sənaye və anbar sahələrinin inşası
  • Əsaslı təmir və yenidənqurma layihələri

Təcrübəli mühəndis və texniki heyətimiz, müasir texnologiyalar və keyfiyyətə nəzarət prinsipləri ilə birləşərək, layihələrin vaxtında və yüksək standartlara uyğun icrasını təmin edir.

 

SCAFFOLDING (TAXTABƏND/DƏMİRBƏND)

Tikinti zamanı işçilərin təhlükəsiz və rahat şəkildə işləməsi üçün scaffold (dəmir dayaqlardan ibarət qurğular) vacib rol oynayır. Esbo İnşaat bu sahədə aşağıdakı xidmətləri təqdim edir.


Sənayə və mülki obyektlərin fasad və interyer işləri üçün uyğunlaşdırılnış scaffold xidmətləri

Təhlükəsizlik qaydalarına tam cavab verən möhkəm və sabit konstruksiyalar

Çətin hava şəraitində belə dayanıqlı, keyfiyyətli qurğular

Təhlükəsizlik standartlarına tam uyğun montaj və demontaj işləri

Tikinti boyu davamlı texniki nəzarət və yoxlamalar


Bu sistemlər işçilərin yüksəkdə təhlükəsiz işləməsi, materialların rahat daşınması və tikinti prosesinin düzgün aparılması üçün nəzərdə tutulur.

 

MEP

ESBO İnşaat, MEP sistemlərinin tam layihələndirilməsi və icrası üzrə ixtisaslaşıb:


Mexaniki sistemlər

  • İsitmə, soyutma və havalandırma sistemlərinin (HVAC) layihələndirilməsi və quraşdırılması
  • Avtomatik idarəetmə və enerji səmərəliliyi üzrə həllər


Elektrik sistemləri

  • Daxili və xarici elektrik xətləri
  • Generator, UPS sistemləri və işıqlandırma həlləri
  • Zəif cərəyan sistemləri (CCTV, yanğın siqnalizasiya, şəbəkə kabelləri və s.)


Santexnika sistemləri

  • Su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması
  • Nasos stansiyaları və hidrofor sistemləri
  • Yanğın söndürmə (sprinkler) sistemləri