(Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi)
ESBO İnşaat olaraq inanırıq ki, dayanıqlı və keyfiyyətli tikinti yalnız müasir texnologiyalar və materiallarla deyil, eyni zamanda sağlam və təhlükəsiz iş mühitinin yaradılması ilə mümkündür. Bu prinsipə sadiq qalaraq aşağıdakı öhdəlikləri qəbul edirik:
İnsan həyatını ön planda tuturuq – Hər bir əməkdaşımızın sağlamlığı və təhlükəsizliyi bizim əsas prioritetimizdir.
Risklərin idarə olunması – İstehsalat proseslərində bütün potensial təhlükələri öncədən müəyyən edir, risklərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçiririk.
Davamlı nəzarət və təkmilləşdirmə – Qəza və peşə xəstəliklərinin qarşısını almaq məqsədilə daim nəzarət mexanizmləri tətbiq edir, iş mühitinin yaxşılaşdırılması üçün təhlillər və inkişaf addımları atırıq.
Ətraf mühitə dəyər veririk – Ekoloji tarazlığın qorunması məqsədilə fəaliyyətimizdə ətraf mühitə olan təsirimizi minimuma endirməyə çalışırıq və bütün işlərimizdə müvafiq ekoloji standartlara riayət edirik.
Qanunlara və standartlara uyğunluq – Azərbaycan Respublikasının qanunvericiliyinə və beynəlxalq SƏTƏMM standartlarına tam uyğunluqla fəaliyyət göstəririk.
Təhlükəsizlik mədəniyyəti formalaşdırırıq – İşçilərimizin mütəmadi olaraq ixtisasartırma və təhlükəsizlik təlimlərinə cəlb olunması ilə təhlükəsizliyin yüksək səviyyədə qorunmasına çalışırıq.
Bizim məqsədimiz sadə, lakin əhəmiyyətlidir: hər bir iş günü sağlam, təhlükəsiz və məsuliyyətli şəkildə başa çatsın.
(Keyfiyyətin Təminatı və Keyfiyyətə Nəzarət Siyasəti)
Esbo İnşaat olaraq, həyata keçirdiyimiz hər bir layihədə yüksək keyfiyyət və peşəkarlıq prinsiplərinə sadiq qalırıq. Keyfiyyətin təminatı (QA) və keyfiyyətə nəzarət (QC) sistemimiz aşağıdakı əsas prinsiplərə əsaslanır:
Proseslərin Standartlaşdırılması: Bütün iş prosesləri beynəlxalq tikinti və idarəetmə standartlarına uyğun şəkildə planlaşdırılır və sənədləşdirilir.
Sistematika və nəzarət: Layihələrin hər mərhələsində keyfiyyətin təminatı üzrə sistemli yanaşma tətbiq olunur – bu yanaşma səhvlərin baş verməzdən əvvəl qarşısını almağa yönəlib.
Mİxtisaslı Kadrlar: Bütün əməkdaşlar mütəmadi olaraq keyfiyyət,
təhlükəsizlik və texniki biliklər üzrə təlimlərə cəlb olunur.
Təchizatçı və Podratçıların Seçimi: İş birliyi etdiyimiz tərəfdaşlar keyfiyyətə dair dəqiq tələblərə uyğun olaraq qiymətləndirilir və seçilir.
Materialların və İşlərin Yoxlanması: Bütün tikinti materialları və yerinə yetirilmiş işlər layihə sənədlərinə və texniki normativlərə uyğunluq baxımından yoxlanılır.
Monitorinq və Audit: Tikinti sahəsində gündəlik nəzarət və müntəzəm auditlər vasitəsilə işlərin keyfiyyət səviyyəsi ölçülür və sənədləşdirilir.
Uyğunsuzluqların İdarə Edilməsi: Aşkarlanmış hər bir uyğunsuzluq
operativ şəkildə sənədləşdirilir, təhlil edilir və düzəldici tədbirlər görülür.
Yekun Təftişlər və Qəbul: Layihə başa çatdıqdan sonra keyfiyyət
üzrə yekun təftiş aparılır və yalnız tam uyğunluq təmin edildikdə
obyekt təhvil verilir.
Esbo İnşaat keyfiyyət sahəsində daimi inkişafı əsas prinsip kimi qəbul edir. Bunun üçün:
Daxili təhlillər və müştəri rəyinə əsaslanan təkmilləşdirmə proqramları həyata keçirilir.
Beynəlxalq sertifikatlar və qabaqcıl texnologiyaların tətbiqi təşviq olunur.
Məqsədimiz: Hər bir layihədə texniki mükəmməllik, keyfiyyətə sadiqlik və müştəri məmnuniyyəti təmin etməkdir.

